20 Sentyabr 2019, Cümə - 01:18

R.Kubitsanın vəziyyəti stabil ağırdır

R.Kubitsanın vəziyyəti stabil ağırdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:23 - 08 Fevral, 2011

Dünən səhər Ronde di Andora rallisində qəzaya uğramış Robert Kubitsa gecəni süni koma vəziyyətində keçirib. Bundan əvvəl isə sağ qol […]

Dünən səhər Ronde di Andora rallisində qəzaya uğramış Robert Kubitsa gecəni süni koma vəziyyətində keçirib. Bundan əvvəl isə sağ qol və sağ ayağında çoxlu sınıqlar almış sürücü yeddisaatlıq cərrahiyə əməliyyatı keçirib. Santa Corona hospitalının həkimləri əməliyyatdan razı qalıblar – Lotus Renault GP komandasının sürücüsünün vəziyyəti stabil ağır qiymətləndirilir.

Savondakı San Paolo hospitalında Əl cərrahiyəsi regional mərkəzinin direktoru, professor Mario İqor Rossello deyir ki, “əməliyyat çətin olduğu qədər vacib idi – Robertin sağ çiyinətrafı iki yerdə ciddi zədələnmişdi.”

Cərrahiyə əməliyyatı zamanı iki briqadaya bölünmüş yeddi həkim işləyib: birinci briqada Santa Paolo hospitalından təcili çağırılıb, ikinici briqadanı isə Santa Corona hospitalının ortopedik şöbəsinin həkimləri təşkil ediblər. Əməliyyatın sonunda Robertin qolu isti olub, deməli, qan yaxşı dövr edirmiş.

Erik Bulye, Lotus Renault GP komandasının başçısı: “Robertin qəzaya uğraması xəbəri bütün komanda üçün şok oldu. Bütün komanda ona tez sağalmasını arzu edir. Biz həkimlərin də işini qeyd etməliyik və işlərinə peşəkarcasına yanaşmış San Corona hospitalının personalına təçəkkür edirik. Sabah mən Vitaliy Petrovla İtaliyaya yollanırıq – Robertə deyəcəyik ki, biz səbirsizliklə onun qayıtmasını gözləyirik.”

Qeyd edək ki, dünən axşam Santa Corona-ya sürücünün meneceri Daniel Morelli və Ferrari-nin sürücüsü Fernando Alonso gəliblər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 218
Teqlər
Paylaş

logo