Maranello üzərində qələbə bayrağı

Ferrari-nin prezidenti Luka di Montedzemolo bu gün 62 yaşını qeyd edir. Komandanın mətbuat xidməti xəbər verib ki, gün logistika ofisində […]

Ferrari-nin prezidenti Luka di Montedzemolo bu gün 62 yaşını qeyd edir. Komandanın mətbuat xidməti xəbər verib ki, gün logistika ofisində ənənəvi brifinqlə başlayıb, amma bu gün Maranellonun üzərinə Kimi Rəykkönenin Spada qazandığı qələbə şərəfinə zəfər bayrağı qaldırılıb…

Stefano Domenikali: “Belə bir görüş çoxdan olmurdu, amma bu gün biz bir daha qələbə bayrağı qaldıra bilərik. Dünənki qələbə bütün komandanın işinin bəhrəsidir və biz bu qələbəni bu gün ad gününü qeyd edən şirkətin prezidentinə həs edirik.

Luka di Montedzemolo komandaya minnətdarlıq edib: “Mən üç dəfə təşəkkür etməliyəm – belə bir gözəl hədiyyəyə görə, sizin gördüyünüz işə görə və görəcəyiniz işə görə. Bəzən qələbənin taleyi onda bir saniyədən asılı olur, bu kiçik vaxtı sürücü trasda qazanır, bax biz də gərgin işləyib belə bir üstünlük qazanmalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*