Bridgestone Malayziyada: Hard və Soft

Malayziya trasında təkərlər güclə yüklənmələrə məruz qalırlar, çünki iki uzun düz yol dar yavaş döngə ilə tamamlanır və sürücülər sərt […]

Malayziya trasında təkərlər güclə yüklənmələrə məruz qalırlar, çünki iki uzun düz yol dar yavaş döngə ilə tamamlanır və sürücülər sərt əylənmədən istifadə edirlər. Bundan başqa Sepanqın döngələri müxtəlifliyi ilə də fərqlənir, bu isə o deməkdir ki, təkərlərə düşən yüklənmələr dövrə boyu azalmır. İsti havanı da unutmamalıyıq, bu da bir imtiahandır, axı Malayziyada havanın temperaturu hətta yağış yağanda da aşağı düşmür, yağışlar isə burda tez-tez olur.

Sepanqa Bridgestone şirkəti Hard və Soft təkərlərini gətirəcək, amma sliklərə keçilənə qədər komandalar bu trasda Hard və Medium tərkiblərindən istifadə edirdilər. Həm də qeyd etmək lazımdır ki, Malayziyada komandlar ilk dəfə Hard tərkiblərindən istifadə edəcəklər: bu tərkibdən testlərdə istifadə olunsa da, yarış üçün Bridgestone mütəxəssisləri yeni versiya hazırlayıblar.

Hirohide Hamaşima: “Malayziya trasında təkərlərin ciddi yüklənmələrini nəzərə almaqla sürücülər əyləclərdən ehtiyatla istifadə etməli və təkərləri bolka salmaqdan qaçmalı olacaqlar. Nəzərə almaq lazımdır ki, yeni maşınlar asfalta yatma qüvvəsini itirdikləri üçün trasda özlərini qeyri-stabil aparırlar. Malayziya üçün yükəsk temperatur xarakterikdir, startın daha gec vaxta keçirilməsi isə yağışın yağma ehtimalını artırır, ona görə də burda çətinliklər az olmayacaq.

Malayziyaya gətirəcəyimiz bərk tərkibli təkərlər testlərdə komandaların istifadə etdikləri Hard tərkibinin yeni versiyasıdır. Komandaların testlərdə təkliflərini nəzərə alaraq bu tərkibi bir qədər yumşaltmışıq, amma elə böyük fərq yoxdur və mən əminəm ki, bu təkərlər trasa uyğun gələcək.

Uik-endin gedişində komandalar və sürücülər üçün ən çətin məsələ Soft tərkibinin işləməsi olacaq, çünki biz əvvəllər Sepanqa belə yumşaq təkərlər gətirməmişik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*