Red Bull FOTA-ya sadiqliyini təsdiq edib

Üç komanda – Ferrari, Red Bull və Toro Rosso avtomatik olaraq gələn il dünya çempionatının iştirakçıları siyahısına daxil ediliblər – […]

Üç komanda – Ferrari, Red Bull və Toro Rosso avtomatik olaraq gələn il dünya çempionatının iştirakçıları siyahısına daxil ediliblər – FİA əvvəllər imzalanmış müqavilələrə əsaslanıb. Bu üç komandanın ərizəsi şərtsiz qəbul olunub, amma – Ferrari, Red Bull və Toro Rosso öz ərizələrini FOTA-nın səkkiz komandası heyətində vermişdilər və öz mövqelərində israrlıdırlar. Red Bull Racing komandasının mətbuat xidməti siyahı dərc olunduqdan sonra mətbuat relizi yayıb…

“FİA gələn il dünya çempionatında iştirak edəcək komandaalrın siyahısın dərc etdikdən sonra, Red Bull Racing komandası bildirmək istəyir ki, biz FOTA-nın digər üzvləri kimi şərtli ərizə vermişdik. Red Bull Racing FOTA-ya sadiqliyini təsdiq edir və assosiasiyanın prinsiplərilə tam razıdır.”

Eyni bəyanatı Scuderia Toro Rosso komandasının mətbuat xidməti də yayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*