McLaren və Sauber cərimə olunublar

Censon Battonun və Kamui Kobayaşinin pit-stopları zamanı bokslarda baş vermiş insidnetləri araşdırdıqdan sonra Böyük Britaniya Qran prisinin stüardları hər iki […]

Censon Battonun və Kamui Kobayaşinin pit-stopları zamanı bokslarda baş vermiş insidnetləri araşdırdıqdan sonra Böyük Britaniya Qran prisinin stüardları hər iki komandanı cərimə ediblər.

Kobayaşinin pit-stopu zamanı təhlükəsizlik qaydaalrının pozulması üzündən Force İndia komandasının pnevmatik şlanqlarını zədələnib, ona görə də Sauber komandası 20 min Avro ödəməli olacaq, hərçənd, sürücü özü yarış zamanı 10 saniyəlik stop&go cəriməsi almışdı.

McLaren komandası 5 min Avro cərimə olunub – komanda potensial təhlükəli vəziyyət törədib, mexanik pit-stop zamanı Censon Battonun maşınında ön sağ təkəri bağlamayıb.