Peres komandası ilə müqaviləni uzadacaq

Bu mövsüm Red Bull-a qatılan və Azərbaycanda yarış qazanan Serxio Peres belə görünür ki, “qırmızı öküzlər”in heyətində qalacaq

İspaniyada dərc olunan Marca qəzeti yazıb ki, Serxio Peres artıq Red Bull-la yeni müqavilənin bütün şərtlərini razılaşdırıb, sadəcə müqavilənin müddəti müzakirə mövzusu olaraq qalıb.

Meksikalı sürücü komanda ilə ikiillik müqavilə bağlamaq arzusunda olsa da, komanda sürücüsü ilə birillik müqavilə bağlamağa üstünlük verir.

Qəzetin yazdığına görə, çox güman ki, yay tətilindən öncə tərəflər yeni müqaviləni elan edəcəklər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*