Loran Mekis: “Komandamız və onun tərkibi barədə çoxsaylı şayiələr dolaşır. Biz Canpiero Lambiase ilə bağlı vəziyyəti dəfələrlə şərh etmişik; o, məsul vəzifə tutan mühəndislərimizdən biridir və indi daha məsuliyyətli vəzifəyə keçir, buna görə də mən hər yeni yayılan şayiəni şərh etməyin düzgün olacağını düşünmürəm.
Əgər son bir neçə ay ərzində bu mövzuda qeyd olunan bütün adları xatırlasaq, görərik ki, onların əksəriyyəti hələ də bizim bokslarda işləyir, bəzi şəxslər isə heç yerə getməyi düşünmürdülər.
Bəziləri fikrini dəyişib və bizimlə qalır, buna görə də mən bunu şərh etməyə başlamanın komandamızdakı insanlara qarşı ədalətsizlik olacağını düşünürəm. Pol bu gün burada idi, bu səhər maşınlarımızı çıxışa hazırlamaq üçün gərgin çalışdı.
Biz açıq şəkildə bildirmişik ki, bacarıqlı əməkdaşlarımızı qorumaq və ehtiyac duyduğumuz şəxsləri cəlb etməkdən daha vacib heç nə yoxdur. Bu hələ də ən yüksək prioritetimiz olaraq qalır”.





