R.Şumaxer: Elbon çox zəifdir

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer bildirib ki, Red Bull-un sürətli ikinci sürücüyə ehtiyacı var.

F-1.az xatırladır ki, Maks Ferstappen mövsümün ikinci yarışı Ştiriyada üçüncü olduğu halda, Elbon 11 saniyə geridə 4-cü olub. Ümumilikdə isə Maks Ferstappen həftəsonu ərzində komanda yoldaşından 0.5 saniyə öndə olub.

Ralf Şumaxer: “Aleks çox zəifdir. Maksdan həmişə yarım saniyə zəifdir. Bəzən trasdan asılı olaraq bu fərq daha da artır. Red Bull çempionluq uğrunda mübarizə aparmaq istəyirsə, sürətli ikinci sürücüyə ehtiyacları var. İndiki yanaşmaları işə yaramır”.

Qeyd edək ki, dördqat Dünya Çempionu Sebastyan Fettelin adı Red Bull-la hallanır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*