Hindistanda Formula1 yarışının geridönmə perspektivləri təhlil olunur

Hindistanın İdman Nazirliyində ölkəyə Formula1 yarışının geri qaytarılması səyləri kontekstində milli avtomobil idmanının vəziyyətinin ətraflı təhlili ilə məşğul olacaq xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edilib.

Yeni komissiya bu və ona bənzər layihələrin perspektivlərini müxtəlif baxış bucaqlarından – beynəlxalq nüfuz, iqtisadi və turizm inkişafı, habelə investisiya cəlb etmək imkanları baxımından qiymətləndirəcək. Bundan başqa, onun vəzifələri sırasına avtomobil idmanı infrastrukturunun prioritet inkişaf istiqamətlərinin müəyyən edilməsi daxildir; təxminən üç aylıq müddət ərzində komissiya Hindistan hökumətinə öz tövsiyələrini təqdim etməlidir.

The Hindu qəzeti xəbər verir ki, belə bir komissiyanın yaradılması barədə qərar Formula1 nümayəndələrinin, Buddh International Circuit avtodromunun sahibi olan Adani Group korporasiyasının (bu avtodrom 2011-2013-cü illərdə Hindistan Qran Prisini qəbul etmişdi) nümayəndələrinin, ölkənin avtoklublarını birləşdirən FMSCI federasiyasının və yerli sürücülərin iştirak etdikləri görüşdən sonra verilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*