FİA 2023-cü ilin iştirakçı siyahısını açıqlayıb

Cümə axşamı FİA rəsmi komanda adları və sürücülərin nömrələri ilə 2023-cü il mövsümü üçün iştirakçı siyahısını açıqlayıb.

F-1.az xəbər verir ki, Oskar Piastri və Loqan Sarcent növbəti mövsümdə müvafiq olaraq 81 və 2 nömrələri ilə Formula1-də debüt edəcəklər. Artıq 2022-ci ildə bir yarış keçirmiş Nik de Friz isə daimi 21 nömrəsini seçib.

Keçən illə müqayisədə Red Bull və AlphaTauri maşınlarında quraşdırılacaq güc qurğularının adı siyahıda dəyişib. Əgər əvvəl onlar Red Bull PowerTrains (RBPT) adlanırdılarsa, indi Honda RBPT adlanacaq.

2023-cü il MÖVSÜMÜ ÜÇÜN İŞTİRAKÇI SİYAHISI

N Sürücü Şirkət Komanda Şassi Motor
1 Maks Ferstappen Red Bull Racing Limited Oracle Red Bull Racing Red Bull Racing Honda RBPT
11 Serxio Peres Red Bull Racing Limited Oracle Red Bull Racing Red Bull Racing Honda RBPT
16 Şarl Lekler Ferrari Spa Scuderia Ferrari Ferrari Ferrari
55 Karlos Sayns Ferrari Spa Scuderia Ferrari Ferrari Ferrari
63 Corc Rassell Mercedes-Benz Grand Prix Limited Mercedes-AMG PETRONAS F1 Team Mercedes Mercedes
44 Lyuis Həmilton Mercedes-Benz Grand Prix Limited Mercedes-AMG PETRONAS F1 Team Mercedes Mercedes
31 Esteban Okon Alpine Racing Limited BWT Alpine F1 Team Alpine Renault
10 Pyer Qasli Alpine Racing Limited BWT Alpine F1 Team Alpine Renault
81 Oskar Piastri McLaren Racing Limited McLaren Formula 1 Team McLaren Mercedes
4 Lando Norris McLaren Racing Limited McLaren Formula 1 Team McLaren Mercedes
77 Valtteri Bottas Sauber Motorsport AG Alfa Romeo F1 Team ORLEN Alfa Romeo Ferrari
24 Quanyu Çjou Sauber Motorsport AG Alfa Romeo F1 Team ORLEN Alfa Romeo Ferrari
18 Ləns Stroll AMR GP Limited Aston Martin Aramco Cognizant F1 Team Aston Martin Aramco Mercedes
14 Fernando Alonso AMR GP Limited Aston Martin Aramco Cognizant F1 Team Aston Martin Aramco Mercedes
20 Kevin Maqnussen Haas Formula LLC MoneyGram Haas F1 Team Haas Ferrari
27 Niko Hülkenberq Haas Formula LLC MoneyGram Haas F1 Team Haas Ferrari
21 Nik de Friz Scuderia AlphaTauri Scuderia AlphaTauri AlphaTauri Honda RBPT
22 Yuki Tsunoda Scuderia AlphaTauri Scuderia AlphaTauri AlphaTauri Honda RBPT
23 Aleks Əlbon Williams Grand Prix Engineering Limited Williams Racing Williams Mercedes
2 Loqan Sarcent Williams Grand Prix Engineering Limited Williams Racing Williams Mercedes
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*