Mercedes işçilərini risk almağa məcbur edir

Mercedes komamdasının texniki direktoru Ceyms Əllison komandanın hamını risk almağa məcbur etdiyini deyib.

F-1.az xatırladır ki, “gümüşü oxlar” 2014-2019-cu illərdə ardıcıl altı dəfə Mühəndislər Kubokunun qalibi olublar.

Ceyms Əllison: “2020-ci ildən sonra necə olacağıq bilmirəm. Ancaq hər il çempion olmaq istəyirik. Heç nəyi əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Lakin çox işləsək, hər yerdə qalib gələ bilərik. Mercedes çox işləyən gözəl komandadır. Burada hamı var qüvvəsi ilə işləyir. Bu insanlarla işləmək gözəldir və onları məyus etmək istəmirik. Səhv etməkdən qorxmurlar, çünki burada risk almağa məcbur edilirik. Komandada gözəl abu-hava var. Bura əyləncəlidir. Toto Volff komandanı çox yaxşı idarə edir və idarəçilər də dəstək olurlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*