C.Əllison: Yavaş olmağımızın səbəbi arxa qanaddır

Mercedes komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, düzlüklərdə yavaş olmaqlarının səbəbi arxa qanaddır.

F-1.az xatırladır ki, Mercedes mövsümün ilk yarışı Bəhreyndə problemlərlə mübarizə aparıb. “Gümüşü oxlar”ın düzlük sürətlərinin əvvəlki illərdəki kimi olmadığı açıq-aşkar görünürdü. Bəziləri bunun Mercedes motoruna görə olduğunu düşünsə də, əslində elə deyildi. Almaniya təmsilçisi asfaltayatma qüvvəsi istehsal etmək üçün daha ağır arxa qanadla yarışmalı olmuşdu. Buna görə də düzlük sürəti aşağı idi.

Ceyms Əllison: “Düzlüklərdə yavaş olmağımızın səbəbi arxa qanadımız idi. Ən böyük arxa qanad bizdə idi və bu da maksimal sürətimizə təsir göstərirdi. İşin içində motor daxil olmaqla başqa faktorlar da var. Hələ də komandalar arasındakı fərqlərin az olduğunu düşünürəm.

Arxa qanadlar hamıda fərqli idi və ən böyüyü bizdə idi. Səbəbini soruşa bilərsiniz. Bəs niyə sürətli ola bilmədik? Bu, yaxşı sualdır və cavabı da çox dəyərlidir.

Bolidi sürətləndirmək üçün çox işlədik. Ancaq indiyə kimi sürətlənmədi. Asfaltayapışma qüvvəsi əldə etmək üçün bu böyüklükdə qanaddan istifadə etməliyik.

Ümid edirəm ki, bolidi tezliklə təkmilləşdirərik. Belə olarsa, arxa qanadı da balacalaşdırarıq. Bu da bizim sürətimizi artırar. Tezliklə sürətlənəcəyimizə əminəm. Ümid edirəm ki, iki-üç yarışda baş verəcək”.0

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*