D.Rikkardo Hispania-nın sürücüsüdür!

Hispania komandası rəsmən təsdiq edib ki, 21 yaşlı Daniel Rikkardo ilə müqavilə imzalayıb. Avstraliyalı sürücü Red Bull-un gənclik proqramının iştirakçısıdır. […]

Hispania komandası rəsmən təsdiq edib ki, 21 yaşlı Daniel Rikkardo ilə müqavilə imzalayıb. Avstraliyalı sürücü Red Bull-un gənclik proqramının iştirakçısıdır. Amma hələ də məlum deyil ki, Rikkardo komandanın hansı sürücüsünü əvəz edəcək…

Xose Ramon Karabante, komandanın sahibi: “Bu müqavilə biz Formula1-ə gəldiyimiz gündən bu günə qədər çəkdiyimiz zəhmətin bəhrəsidir. Biz fəxr edirik ki, Formula1-də keçən il iki titul qazanmış bir komanda öz sürücüsünü bizə etibar edib. Ümid edirik ki, bu, məhsuldar əməkdaşlığın başlanğıcıdır.”

Kolin Kolles, komandanın başçısı: “Mən Daineli komandamızda görməyə şadam. Sevindiricidir ki, biz Helmut Marko ilə razılığa gələ bildik, mən şəxsən özüm Markoya çox hörmət edirəm.”

Daniel Rikkardo: “Mənim arzum çin oldu – mən ilk dəfə Formula1 yarışının startına çıxacam. Hələ də inana bilmirəm ki, bu, yuxu deyil. Mən çox razıyam və hətta bilmirəm ki, Silverstounu necə gözləyəcəm. Bu, yeni çağırışdır, yeni təcrübədir, yeni komandadır – amma mən nəyə qadır olduğumu göstərməyə hazıram…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*