Sebastyan Montoya Hitech ilə müqavilə imzalayıb

Red Bull gənclər proqramının üzvü Sebastyan Montoya 2023-cü ildə Formula3-də yarışmaq üçün Hitech komandası ilə müqavilə imzalayıb.

F-1.az xəbər verir ki, 17 yaşlı kolumbiyalı sürücü ötən mövsüm Zandfortda Formula3-də debüt edib və iki yarışda 7 xal toplayıb.

Sebastyan Montoya: “Biz komanda ilə birlikdə çalışacağıq ki, mövsümü uğurlu keçirək və daim birinci mövqelərdə mübarizə aparaq. Ailəmə və mənə kömək edən hər kəsə böyük təşəkkürümü bildirmək istəyirəm. Mövsümə başlamağa üstünlük verərdim – əlimdən gələni edəcəyəm.”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*