D.Morelli: “Sağalmanı tez gözləməyin”

Robert Kubitsanın meneceri Daniel Morelli təsdiq edib ki, bu gündən həkimlər sürücünün müalicəsinin son fazasına keçiblər: sürücünün gələcək perspektivlərini aydınlaşdıran […]

Robert Kubitsanın meneceri Daniel Morelli təsdiq edib ki, bu gündən həkimlər sürücünün müalicəsinin son fazasına keçiblər: sürücünün gələcək perspektivlərini aydınlaşdıran bərpa dövrü başlayır…

Daniel Morelli: “Müalicənin dördüncü həftəsi başlayır: infeksiya yoxdur, çətinləşmə yoxdur, hər şey qaydasındadır. Yaxın həftələrdə Robert müayinə olunaraq passiv fizioterapiya kurslarına başlayacaq. Bundan sonra ikihəftəlik aktiv fizioterapiya kursları gələcək – Robert qəza zamanı zədələdiyi əzələləri birbaşa məşqlərdə yükləyəcək.

Sağalmanı tez gözləməyin, özümüzü aldatmayaq, axı bərpa prosesi uzun olacaq və hələlik onun müddəti barədə heç bir proqnoz söyləmək mümkün deyil. Bir aydan sonra bir müalicəni qiymətləndirə və Robertin sükan arxasına qayıtma vaxtını söyləyə biləcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*