19 İyul 2019, Cümə - 20:31

Abu Dabi Qran Prisi: Sıralanma turu

Abu Dabi Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:09 - 12 Noyabr, 2012

Quru. Günəşli, sessiyanın sonunda qaranlıq. Havanın temperaturu +29° C, trasın temperaturu +31° C Titul uğrunda mübarizədə maşınların etibarlılığı həlledici faktora […]

Quru. Günəşli, sessiyanın sonunda qaranlıq. Havanın temperaturu +29° C, trasın temperaturu +31° C

Titul uğrunda mübarizədə maşınların etibarlılığı həlledici faktora çevrilir və Abu Dabidə uik-endin gedişi zamanı Red Bull maşınları müəyyən problemlərlə üzləşiblər. Dünən Mark Uebberin maşınında əvvəlcə KERS imtina edib, sonra isə soyutma sistemindən maye axıb, bu gün səhər Sebastyan Fettelin maşınında əyləclərlə problemlər yaşanıb.

Abu Dabidə ötmək çox çətindir, Yas Marinada arxada qalmış 3 yarışda ilk cərgədən start almış sürücülər qalib gəliblər, ona görə də sıralanma turu böyük əhəmiyyət kəsb edir. Bir dövrədə sürətli olan komandalar əla şans qazanıblar, axı mövsümün son iki yarışında ötmələrlə problemlər olmamalıdır.

Birinci sessiyada əsas problem trafik olub, bir çox sürücülər bloka düşüblər, amma sürpriz baş verməyib – zəif komandaların sürücüləri ilə birlikdə mövsümdə 8-ci dəfə Jan Erik Vern mübarizəni dayandırıb. Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:41.497, bütün sürücülər 107%-lik həddi aşa biliblər.

İkinci sessiyada hamı yumşaq təkərlərə keçib, protokollara yenə də Həmilton başçılıq edib – 1:40.901, mübarizəni isə Hülkenberq, Peres, di Resta, Şumaher, Senna, Kobayaşi və Rikkardo dayandırıblar.

Sonuncu sessiyada Həmilton elə ilk cəhdində əla nəticə göstərib – 1:40.630 və bununla da mövsümdə 6-cı, karyerasında isə 25-ci poulunu qazanıb. Uebber ikinci olub, onun komanda yoldaşı Fettel üçüncü nəticə göstərsə də, finiş xəttini keçən kimi maşını dayandırıb. Çempionatda almaniyalı sürücünün əsas rəqibi olan Alonso isə yalnız yeddinci nəticə göstərə bilib…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMcLarenMercedes011:41.497011:40.9011:40.630
02M.UebberRed BullRenault031:41.933021:41.2771:40.978+ 0.348
03S.FettelRed BullRenault081:42.160031:41.5111:41.073+ 0.443
04P.MaldonadoWilliamsRenault061:41.981101:41.9071:41.226+ 0.596
05K.RəykkönenLotusRenault091:42.222051:41.5321:41.260+ 0.630
06C.BattonMcLarenMercedes101:42.342091:41.8731:41.290+ 0.660
07F.AlonsoFerrariFerrari041:41.939041:41.5141:41.582+ 0.952
08N.RosberqMercedes AMGMercedes021:41.926071:41.6981:41.603+ 0.973
09F.MassaFerrariFerrari051:41.974081:41.8461:41.723+ 1.093
10R.QrojanLotusRenault071:42.046061:41.6201:41.778+ 1.148
11N.HülkenberqForce İndiaMercedes121:42.579111:42.019
12S.PeresSauberFerrari131:42.624121:42.084
13P.di RestaForce İndiaMercedes111:42.572131:42.218
14M.ŞumaherMercedes AMGMercedes141:42.735141:42.289
15B.SennaWilliamsRenault161:43.298151:42.330
16K.KobayaşiSauberFerrari171:43.582161:42.606
17D.RikkardoToro RossoFerrari151:43.280171:42.765
18J.E.VernToro RossoFerrari181:44.058
19H.KovalaynenCaterhamRenault191:44.956
20Ş.PikMarussiaCosworth201:45.089
21V.PetrovCaterhamRenault211:45.151
22T.QlokMarussiaCosworth221:45.426
23P.de la RosaHRTCosworth231:45.766
24N.KartikeyanHRTCosworth241:46.382

Abu Dabi Qran Prisi: Sıralanma turu

Abu Dabi Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:10 - 06 Dekabr, 2011

Quru. Günəşli. Sessiyanın sonu süni işıq altında. Havanın temperaturu +26° C, trasın temperaturu +29° C Dünən və bu gün sərbəst […]

Quru. Günəşli. Sessiyanın sonu süni işıq altında. Havanın temperaturu +26° C, trasın temperaturu +29° C

Dünən və bu gün sərbəst yürüşlərdə McLaren pilotları liderlik ediblər, amma mövsümün gedişində Red Bull sürücüləri həmişə sıralanma turunun son hissəsində sürət ehtiyatı tapa bilmişdilər, ona görə bu dəfə də mübarizənin gərgin olması gözlənilirdi.

Sıralanma turunun əvvəlinə asfalt soyumağa başlayıb, sessiyanın sonu isə süni işıq altında keçib.

Pastor Maldonado mövsümün gedişində 9-cu motordan istifadə etdiyi üçün sabah yarışın startında 10 yer itirəcək, onun komanda yoldaşı Rubens Barrikello isə sıralanma turunda motor problemləri yaşayıb – Williams komandası üçün tam uğursuz gün olub. Rubenslə yanaşı birinci hissədə mübarizəni yeni komandaların sürücüləri dayandırıblar, protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:39.782.

İkinci sessiya qırmızı bayraqlarla dayandırılıb – trasda kənar elementlər peyda olub, daha doğrusu trasın kənarındakı məhdudiyyət dirəyi kökündən qırılıb trasa düşüb. Pauza cəmi dörd dəqiqə çəkib. Protokollara yenə də Həmilton başçılıq edib – 1:38.434, mübarizəni isə Peres, Petrov, Buemi, Senna, Algersuari, Kobayaşi və Maldonado dayandırıblar.

Son hissədə top-komandaların sürücüləri iki cəhd ediblər – birinci cəhddən sonra Lyuis liderlik etsə də, ikincidə Fettel daha sürətli olub – 1:38.481. Bu nəticə Lyuisin ikinci hissədəki nəticəsindən zəif olsa da, son hissədə ən güclü olub. Sebastyan Fettel karyerasında 29-cu, mövsümdə isə 14-cü poulunu qazanıb – almaniyalı sürücü 1992-ci ildən qalan Naycel Mənsellin rekordunu təkrarlayıb…

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault041:40.478021:38.5161:38.481
02L.HəmiltonMcLarenMercedes011:39.782011:38.4341:38.622+ 0.181
03C.BattonMcLarenMercedes031:40.227051:39.0971:38.631+ 0.365
04M.UebberRed BullRenault021:40.167031:38.8211:38.858+ 0.562
05F.AlonsoFerrariFerrari101:41.380041:39.0581:39.058+ 0.673
06F.MassaFerrariFerrari131:41.592071:39.6231:39.695+ 1.132
07N.RosberqMercedes GPMercedes081:41.120061:39.4201:39.773+ 1.150
08M.ŞumaherMercedes GPMercedes171:42.605101:40.5541:40.662+ 1.380
09A.SutilForce İndiaMercedes051:40.595081:40.2051:40.768+ 1.843
10P.di RestaForce İndiaMercedes071:41.064091:40.414
11S.PeresSauberFerrari091:41.311111:40.874
12V.PetrovLotus Renault GPRenault061:40.955121:40.919
13S.BuemiToro RossoFerrari151:41.737131:41.009
14B.SennaLotus Renault GPRenault121:41.391141:41.079
15X.AlgersuariToro RossoFerrari111:41.386151:41.162
16K.KobayaşiSauberFerrari141:41.613161:41.240
17P.MaldonadoWilliamsCosworth161:42.258171:41.760
18H.KovalaynenTeam LotusRenault181:42.979
19Y.TrulliTeam LotusRenault191:43.884
20T.QlokMarussia VirginCosworth201:44.515
21D.RikkardoHispaniaCosworth211:44.641
22J.D’AmbrozioMarussia VirginCosworth221:44.699
23V.LiutsiHispaniaCosworth231:45.159
24R.BarrikelloWilliamsCosworth24

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 273
Teqlər
Paylaş

logo