M.Krak: Hər yarış podium qazanmaq asan deyil

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, hər yarış podium onlar üçün təmin olunmayıb.

F-1.az xatırladır ki, Fernando Alonso bu il 5 yarışın 4-dən podiumla ayrılıb. Lakin ispaniyalı sürücünün gözü yüksəklərdədir və onun növbəti hədəfi qələbə qazanmaqdır. Ancaq bunun üçün Red Bull komandasının sürücüləri problem yaşamalıdırlar.

Lakin komandanın rəhbəri Mayk Krak daha təmkinlidir: “Eyforiyaya qapılmamalıyıq və Formula1-də podium mübarizəsində arxayınlaşmamalıyıq. Podium qazanmaq üçün çox işləmək lazımdır. Formula1-də həmişə güclü və peşəkar rəqibləriniz olur. Hər sahədə 100 faiz gücünüzü qoymasanız, podiuma yüksələ bilməzsiniz.

Növbədə Monako yarışı var. Oraya hamı yeniliklərlə gələcək. Biz də gətirəcəyik. Yeniliklərin necə işləməsini anlamaq üçün əlavə olaraq işləməlisiniz. Çətin olsa da, bunun üçün səbirsizlənirik”.

Qeyd edək ki, Fernando Alonso hazırda Sürücülər Çempionatında 3-cü, Aston Martin komandası isə Mühəndislər Kubokunda 2-ci yerdədir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*