Rəsmən: Peres daha üç il Racing Point komandasında yarışacaq

Racing Point komandası sürücüsü Serxio Pereslə yeni 3 illik müqavilə imzalayıb.

F-1.az xatırladır ki, meksikalı sürücü 2014-cü ildən bu komandada çıxış edir və iki dəfə Sürücülər Çempionatında yeddinci olub.

Serxio Peres: “Növbəti üç ildə də bu komandada olacam və həyəcanlıyam. Uzun illərdir bu insanlarla çalışıram və onlar mənim ikinci ailəmdirlər. Burada inanılmaz uğurlar qazandıq və onların davamını gətirməkm istəyirik. Komandanın son bir ildəki işindən təsirləndim və gələcəkçün onlara güvənirəm. Ən gözəl dövrlərimiz qabaqdadır və çoxlu podiumlar qazanmaqçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*