H.Marko: Peres lazım deyil

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Serxio Pereslə danışıqlar aparmırlar.

F-1.az xatırladır ki, meksikalı sürücü bir neçə gün əvvəl Racing Pointdən ayrılacağını demişdi. Bundan sonra Peresin adı Red Bull-la hallanmağa başlayıb.

Helmut Marko: “Kristian Horner doğrudan da Peresin meneceri Yulian Yakobi ilə danışıqlar aparır, çünki o, simulyator sürücümüz olan Sebastien Bueminin də meneceridir. Hazırda sürücü axtarmırıq. Elbon olduğu halda yeni sürücüyə ehtiyacımız yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*