D.Kulthard: “Lyuisin problemləri var”

Keçmiş Formula1 sürücüsü Dəvid Kulthard hazırda Red Bull komandasında məsləhətçi və BBC telekanalında şərhçi kimi çalışır, şotlandiyalı sürücü The Daily […]

Keçmiş Formula1 sürücüsü Dəvid Kulthard hazırda Red Bull komandasında məsləhətçi və BBC telekanalında şərhçi kimi çalışır, şotlandiyalı sürücü The Daily Telegraph qəzetində apardığı köşədə Lyuis Həmiltonun düşdüyü vəziyyətdən narahat olduğunu və gənc sürücüyə məsləhət vermək istədiyini bildirib…

Dəvid Kulthard: “Lyuisin nəsə problemləri var, bunu xüsusilə də hadisələrlə zəngin olan Avstraliya Qran Prisindən sonra görmək mümkündür – keçmiş dünya çempioni yenə də diqqət mərkəzindədir.

Cümə günü Həmilton yerli polislərlə problemlər yaşayıb, bundan sonra o sıralanma turunda uğursuz çıxış etdi. Bazar günü yarışı əla keçirdi, amma finişdən sonra komandanın uğursuz taktikada ittiham etdi – komanda onu ikinci dəfə təkər dəyişmək üçün pitə çağırdığı halda digər sürücüsü ilə bunu etməmişdi. Kənardan baxanlar son iki dünya çempionunun hərəkətlərini müqayisə edirdi – Censon Batton tam sakit idi, Lyuis isə çox əsəbi idi, mənə elə gəldi ki, onun nəsə problemləri var.

Lyuis yerli polislərlə insidenti də çoxlu sual doğurur. Bundan başqa niyə Lyuisin atası ilə münasibətləri korlanıb? Nə üçün şənbə günü o belə ölgün vəziyyətdə idi? Ümumiyyətlə, nə üçün hamı ona belə yüksək diqqət göstərir?

Başa düşürəm ki, məni məsuliyyətsizlikdə günahlandıra bilərlər, amma Lyuisin təkərlərdən tüstü çıxararaq azarkeşləri sevindirməsində bir problem görmürəm. Məncə, belə kiçik bir hadisəni şişirdib milçəkdən fil düzəltmək lazım deyildi.

Mən başa düşürəm ki, yollarda təhlükəsizlik çox vacibdir, amma Lyuis planetin ən yaxşı sürücülərindən biridir. Mən tam əminəm ki, o yerdə dairə çızanda maşına nəzarəti itirməmişdi. Əksinə, yaxşı olardı ki, onu yollarda təhlükəsizliklə əlaqədar hansısa bir layihəyə cəlb edərdilər, məsələn, Melburnun məktəblərindən birində. İnanmıram ki, onun ünvanına səslənmiş ittihamlardan kiməsə yaxşı olsun.

Digər tərəfdən, siz Lyuisin öz reaksiyasını gördünüz. Şənbə günü bütün dünyanın xəbərlərində Lyuisin maşında öz məşqçisi Kleyton Qrinin araxsında gizlənməsi kadrları göstərildi. Mənə elə gəldi ki, o əvvəldən başa düşmüşdü ki, hamı onun əleyhinə olacaq, o əvvəldən bundan qorxurdu.

Lyuis mənim gözlərim önündə böyüyüb və mən bilirəm ki, o nəinki əla sürücüdür, həm də əla oğlandır. Amma keçən il Avstraliyada onu bir qalmaqal qorxutdu, hərçənd, onun heç bir günahı yox idi, indi isə daha bir qalmaqal qızışır – bu bütün çərçivələrdən çıxır.

Bəs əlini onun çiyninə qoyub onu sakitləşdirən adam hardadır? Kim ona ağıllı məsləhət verəcək? Hanı onun atası?

Lyuis atasının xidmətlərindən imtina edəndə, hamı fikirləşdi ki, Lyuis artıq böyüyüb. Amma problem bundadır ki, Əntonini əvəz edəcək bir kəs tapılmayıb və keçən uik-end bu aşkar görünürdü. Sürücünün meneceri olmayanda, bunu tennisçinin məşqçisiz olması ilə bir tutun – nə qədər ki, yaxşı oynayır, problem yoxdur, amma uduzmağa başlayan kimi, hamı deyəcək ki, onun səhvi məhz bundadır. O özünə təcili menecer tapmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*