R.Braun: “Bizim komandada “bir nömrə” yoxdur”

İspaniya Qran Prisini şərh edən Ross Braun jurnalistlərə bildirib ki, komandada “bir nömrə” yoxdur və daha yaxşı strategiya sayəsində Censon […]

İspaniya Qran Prisini şərh edən Ross Braun jurnalistlərə bildirib ki, komandada “bir nömrə” yoxdur və daha yaxşı strategiya sayəsində Censon Battonun qələbə qazandığı yarışın nəticələrini britaniyalı sürücüyə hər hansı bir üstünlüyün verilməsi kimi qiymətləndirmək olmaz…

Ross Braun: “Finişdən dərhal sonra, hələ sürücülərin qanında adrenalin cövlan edərkən, adətən onlar vəziyyətə düzgün qiymət vermirlər. Onlar bütün vəziyyəti tam bilmirlər, yarışın perspektivini görmürlər, başa düşmürlər ki, pit-stopdan sonra hara düşə bilərdilər. Bəli, Barselonada finişdən sonra Rubens komandaya acıqlanmışdı və bu məni sevindirir – bizə uduzmağa sevinən sürücülər lazım deyil. Barrikello komandanın sərəncamına qayıtdıqdan sonra biz onunla bütün vəziyyəti bir daha nəzərdən keçirdik və o komandanın hərəkətlərinin motivini başa düşdü.

Barrikello braziliyalıdır, ona görə də o finişdən sonra ilk şərhlərində bir qədər tələsmişdi, amma Rubens yarışdakı qüvvələr nisbətini düzgün qiymətləndirdikdən sonra onun fikri dəyişdi. Bizim komandada “bir nömrə” yoxdur və olmayacaq. Batton və Barrikello bərabər şanslara malikdirlər və eyni maşınlarda çıxış edirlər, biz onlar üçün mümükün hər bir şeyi edirik.

Brawn GP – balaca, amma mehriban komandadır, bizim uğurumuz bununla izah olunur. Censon və Rubens komandanın bir hissəsidir, biz çoxdan bir yerdə işləyirik, biz həmişə sürücülərimizə qarşı ədalətli olmuşuq və olacayıq. Onlar vəziyyəti bilirlər, mühəndislər vəziyyəti bilirlər, komanda da vəziyyəti bilir. Bizdə favoritizm yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*