Lekler əfsanəvi Şumaxerlə Rəykkönenin qarışığıdır

Şarl Leklerin sabiq meneceri Bit Bender düşünür ki, Leklerdə əfsanəvi Mixael Şumaxer ilə Kimi Rəykkönenin xüsusiyyətləri var.

F-1.az xatırladır ki, monakolu sürücü 2018-ci ildə Alfa Romeo-da debüt etdikdən sonra 2019-cu ildə Ferrari-yə transfer olunmuşdu. “Qırmızılar”-ın heyətindəki ilk mövsümdə iki yarış qazanan Lekler dördqat Dünya Çempionu komanda yoldaşını da məğlub etmişdi.

Bit Bender: “Alfa Romeo-da onunla gözəl mövsüm keçirdik. Yenidən gənc sürücü ilə işləmək maraqlı idi. Bunu daha əvvəl etsək də, uzun illər idi ki, komandaya debütant sürücü gəlmirdi. Əvvəllər onun kimi sürücü görməmişdim. Onunla çox işlədik və mükafatını da aldıq. Həmişə demişəm: O, sürət cəhətdən Rəykkönenə, işə yanaşmaq cəhətdən isə Şumaxerə bənzəyir. O, güclü maşınla Dünya Çempionu ola bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*