FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası vacib qərarlar qəbul edib

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının dünən Cenevrədə baş tutan iclasında bəzi vacib qərarlar qəbul olunub.

F-1.az bildirir ki, Formula1-in cari texniki reqlamentinə bəzi düzəlişlər edilib ki, yanlış yozumlara yer qalmasın. İdman reqlamentində güclü yağış zamanı Təhlükəsizlik Maşını trası tərk etdikdən sonra start düzlüyündən verilən start proseduru təfərrüatı ilə izah olunub. Testlərin keçirilməsi qaydaları dəqiqləşdirilib və yarışın qırmızı bayarqlarla dayandırılması zamanı görülməsi icazə verilən işlərin siyahısı dərc olunub.

Ümumdünya Şurası mühərriyin vahid idarəetmə bloklarının (ECU) təchizatı üçün McLaren Applied Technologies şirkəti ilə cari müqaviləni 2021-ci ilin sonunadək uzadıb.

Bundan başqa, artıq bu il GP2 seriyası adını dəyişərək Formula2 olacaq – seriyanın yarışları əvvəlki kimi Formula1 mərhələləri çərçivəsində keçiriləcək (Xeres mərhələsi istisnadır). Xatırladırıq ki, bu ilin yayında ölkəmizdə keçiriləcək Azərbaycan Qran Prisinin dəstək yarışı da yalnız Formula2 seriyasının yarışı olacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*