Monako Qran Prisi üçün italyan təkər istehsalçısı ən yumşaq üçlüyü gətirəcək – C3, C4 və C5 tərkibləri müvafiq olaraq, Hard, Medium və Soft rolunu oynayacaqlar. Bu seçim şəhər trasındakı asfaltın çox hamar olması ilə əlaqədardır. Bu amil mövsüm üzrə ən aşağı orta sürət göstəricisi ilə birlikdə təkərlərin demək olar ki, aşınmamasına səbəb olur.
Barselona-Kataloniya Qran Prisində istifadə olunacaq tərkiblər isə keçən illə müqayisədə bir pillə daha yumşaq olacaq. Komandalar C2, C3 və C4 təkərlərini əldə edəcəklər.
İspaniya trası çoxsaylı sürətli və uzun döngələrə görə təkərlər üzərində yüksək yüklənmə yaradır. Bundan əlavə, yüksək temperatur termal aşınmanı artırır. Buna baxmayaraq, Pirelli-nin daha yumşaq təkərlər gətirmək qərarı yarış zamanı pit-stop sayını artırmaq istəyi ilə bağlıdır.
Daha yumşaq təkərlərin gətirilməsi nəticəsində biz müxtəlif strategiyalar görə bilərik. Barselona trasında ötmələr etmək asan deyil və bu addımla yarışı daha rəngarəng etmək olar.
| Qran Pri / Tərkib | С1 | С2 | С3 | С4 | С5 |
| Avstraliya | – | – | ![]() |
![]() |
![]() |
| Çin | – | ![]() |
![]() |
![]() |
– |
| Yaponiya | ![]() |
![]() |
![]() |
– | – |
| Mayami | – | – | ![]() |
![]() |
![]() |
| Kanada | – | – | ![]() |
![]() |
![]() |
| Monako | – | – | ![]() |
![]() |
![]() |
| Barselona-Kataloniya | – | ![]() |
![]() |
![]() |
– |








