D.Rikkardo: Yaxşı dövrələr vurdum

McLaren komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, son sessiyayya qaldığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü İtaliyadakı sıralanma turunda 8-ci olsa da, rəqiblərinin cərimələnməsi ilə yarışa 4-cü yerdən başlayacaq.

Daniel Rikkardo: “Son sessiyaya keçdiyim üçün sevincliyəm. Yenidən onluqda olmaq gözəldir. Uzun müddət idi burada olmurduq.

Son sessiya çətin idi və bir neçə saniyə tapmağa çalışırdım. Yenə də yaxşı idi. Yaxşı dövrələr vurdum. Cəzalara görə bir neçə yer qazandıq və xoşbəxtəm. Ümid edirəm ki, sürətli olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*