D.Rikkardo: McLaren olmasa, yarışa bilməzdim

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Avstraliyada McLaren olmadan yarışmaq istəməyib.

F-1.az xatırladır ki, Avstraliyada McLAren komandasının bir işçisində koronavirus testi pozitiv çıxdığı üçün yarış ləğv olunmuşdu. Lakin ləğv qərarı sərbəst yürüşlərə iki saat qalmış açıqlanmışdı. Bunun səbəbi isə bəzi komandaların yarışmaq istəməsi idi.

Daniel Rikkardo: “Orada olmaq qəribə idi. Dördüncü gün özümü yarışa hazırlayırdım. Yarışın keçiriləcəyinə əmin deyildim. Düşünürdüm ki, son anda ləğv qərarı gələ bilər. McLaren-in yarışdan çəkilməsi mənimçün böyük şok oldu. Daha sonra yatmadım və xəbərləri izlədim. Belə anladım ki, yarış keçirilsə belə, əksər komandalar qatılmayacaqlar. Hər iki halda da özümü qəribə hiss edəcəkdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*