D.Hauqer gələn ildən MP Motorsport-da çıxış edəcək

Prema komandasının sürücüsü Dennis Hauqer növbəti mövsümdən MP Motorsport-a keçəcək.

F-1.az xatırladır ki, norveçli sürücü bu il iki qələbə və 4 podium əldə edərək turnir cədvəlində 11-ci pillədə yer alıb. Gənc pilot Əbu DDabidəki mövsümsonu testlərində MP Motorsport-un sükanı arxasına keçəcək.

Dennis Hauqer: “Formula2-dəki növbəti mövsümümdə MP Motorsport-un şərəfini qoruyacağım üçün sevincliyəm. MP bu mövsüm stabil olaraq sürətli idi. Buna görə də onların heyətinə qatılmaq əladır. Əbu Dabidəki testlərdən etibarən onlarla işləyəcəm”.

, ,