C.Daruvala komandasını dəyişib

F-1.az xəbər verir ki, gənc sürücü növbəti mövsüm MP Motorsport komandasının maşınının sükanı arxasında yarışacaq.

Daruvala Formula2-də dördüncü mövsümünü keçirəcək. Hindistanlı sürücü keçən mövsüm Prema Racing komandasının tərkibində yarışıb, 1 qələbə, 8 podium əldə edərək mövsümü yeddinci yerdə başa vurub. Bu, hindistanlı sürücünün F2-də geridə qoyduğu 3 mövsümdə ən yaxşı iki nəticəsindən biridir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*