Kollet ilk poulunu qazanıb

Belçikanın əfsanəvi Spa trasında gənc sürücülərin Formula3 çempionatında mövsümün 7-ci mərhələsi başlayıb.

F-1.az xəbər verir ki, sürücülər səhər yarımsaatlıq məşq sessiyasında trası öyrəndikdən, maşınları sazlayaraq nahardan sonra sıralanma turuna çıxıblar.

Yağış kəssə də trasda kifayət qədər su olub və sürücülər ilk cəhdə yağış təkərlərlə çıxıblar. İlk cəhdlərdən sonra protokollara Oliver Börman başçılıq edib.

Cək Kroufordun yerində fırlanması qırmızı bayraqların dalğalanmasına səbəb olub. Sessiya dayandırılıb. Fasilədən sonra tras tam quruduğu üçün sürücülər sliklərə keçiblər.

Tras quruduqca sürətlər artıb və protokolların ilk sətrində sürücülər bir-birini əvəz edib. Son dövrələrdə çempionatın liderləri Ayzek Həcər və Viktor Marten problem yaşayıblar və 12-ci cərgədə qərarlaşıblar.

Poulu isə Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Kayo Kollet sevinib. Qeyd edək ki, braziliyalı sürücü karyerasında ilk dəfə belə uğur qazanıb.

Qaydalara görə, sabah qısa (sprint) yarışda ilk 12 sürücü reversiv start alacaq, ona görə də ilk cərgədə Zək O Sallivan və Xuan Manuel Korrea dayanacaqlar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*