C.Uillis Force İndia-ya keçəcək?

Hispania komandasının texniki məsləhətçisi Ceff Uillis Malayziyada Dallara şirkətinin Campos komandası üçün hazırladığı şassini ciddi tənqid atəşinə tutmuşdu. Yaxın bir […]

Hispania komandasının texniki məsləhətçisi Ceff Uillis Malayziyada Dallara şirkətinin Campos komandası üçün hazırladığı şassini ciddi tənqid atəşinə tutmuşdu. Yaxın bir neçə həftə ərzində Uillis karyerasının gələcəyini müəyyən etməyi planlaşdırmışdı, amma şayiələr gəzir ki, nüfuzlu mühəndis Force İndia komandasına keçəcək.

Fevral ayında Force İndia-nı texniki direktor Ceyms Ki tərk edib və artıq aprelin 1-dən Sauber komandasında Villi Rampfı əvəz etməklə eyni vəzifəni icra edir. Hindistan komandasının texniki şöbəsinə isə hazırda Mark Smit başçılıq edir, amma komanda mövsümün gedişində rəqiblərin inkişaf tempinə münasib olması üçün bu şöbənin işini gücləndirmək istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*