20 Noyabr 2019, Çərşənbə - 10:22

Cosworth testlərdən razı qalıb

Cosworth testlərdən razı qalıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:30 - 16 Mart, 2011

Cosworth şirkətinin yarış proqramlarının başçısı Mark Qallaxerin sözlərinə görə, şirkət mövsümöncəsi testlərin yekunlarından razı qalıb: Cosworth motorları quraşdırılmış Formula1-in üç […]

Cosworth şirkətinin yarış proqramlarının başçısı Mark Qallaxerin sözlərinə görə, şirkət mövsümöncəsi testlərin yekunlarından razı qalıb: Cosworth motorları quraşdırılmış Formula1-in üç komandası 15 test günü ərzində 11700 km məsafə qət edib.

İş üç müxtəlif proqram üzrə aparılıb, çünki Williams komandası KERS-dən istifadə edəcək, Hispania isə testlərdə keçənilki maşın və motorla çalışıb.

Qallaxerin sözlərinə görə, komandaların və Cosworth-un artıq keçənilki əməkdaşlıq təcrübəsi var, ona görə də testlər daha məhsuldar alınıb – komandalar əsas diqqəti etibarlılığın artırılmasına yönəldiblər.

Mark Qallaxer:Cosworth üçün test proqramı zəngin alınıb və mövsümün əvvəli keçənilkinə nisbətən çox uğurlu olub. Biz Williams-la yaxşı işlədik, motorumuzu onların yeni KERS sisteminə uyğunlaşdırdıq və hiss etdik ki, yeni komandalar tərəfindən etimadın səviyyəsi çox artıb. Hərçənd, indi bu komandalar artıq yeni deyillər, ona görə biz gözləyirik ki, yeni mövsümdə onlarında bizdən tələbi artacaq və biz buna hazırıq…

Təəssüf ki, keçən həftə Barselonada Hispania komandası yeni F111 maşınını yoxlaya bilmədi, amma həmin maşında Cosworth motoru və Williams ötürmələr qutusu olduğu üçün, bu aqreqatlar etibarlı və rəqabətədavamlı olmalıdırlar.

Mövsümə hazırlıq məhsuldar keçdi, ona görə də biz Avstraliyada Cosworth-un yaxşı xal toplaması ümidi ilə yaşayırıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər
Paylaş

logo