15 Sentyabr 2019, Bazar - 18:28

Rəsmən: P.Hembri Pirelli Motorsport-u tərk edib

Rəsmən: P.Hembri Pirelli Motorsport-u tərk edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:13 - 07 Mart, 2017

İtaliyanın təkər istehsalçısının strukturunda dəyişikliklər edilib: Pol Hembri bu gündən Pirelli-nin Cənubi Amerika bölməsinə rəhbərlik edəcək.

F-1.az xəbər verir ki, Pirelli-nin avtomobil idman proqramlarına Mario İzola başçılıq edəcək. Mario bu günə qədər şirkətin yarış meneceri idi. Motosiklet idman proqramlarında isə şirkəti Corcio Barbye təmsil edəcək.

Pol Hembri şirkətdə 1992-ci ildə çalışmağa başlamışdı. Bir müddət şirkətin Asiya-Sakit Okean bölməsinə rəhbərlik etdikdən sonra 2008-ci ildən Dünya Ralli Çempionatında şirkətin təmsilçisi olub. 2011-ci ildən isə Pirelli Motorsport-a başçılıq edirdi.

Mario İzaola isə Pirelli-də karyerasına test sürücü kimi başlamışdı.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 456
Teqlər , , ,
Paylaş

logo