17 Sentyabr 2019, Çərşənbə axşamı - 08:32

Cosworth çərşənbə axşamına qədər gözləyəcək

Cosworth çərşənbə axşamına qədər gözləyəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:00 - 20 Fevral, 2011

Cosworth şirkətinin idman proqramının başçısı və baş meneceri Mark Qallaxer Sky News-a müsahibəsində bildirib ki, Bəhreyndə testlərin və yarışın keçirilməsi […]

Cosworth şirkətinin idman proqramının başçısı və baş meneceri Mark Qallaxer Sky News-a müsahibəsində bildirib ki, Bəhreyndə testlərin və yarışın keçirilməsi üzrə qərarı çərşənbə axşamına qədər qəbul etmək lazımdır…

Mark Qallaxer: “Növbət 72 saat xüsusi əhəmiyyət kəsb edir, məncə, çərşənbə axşamına qədər Bəhreyn üzrə qərar qəbul edilməlidir – bu son tarixdir. Hazırda biz Barselona testlərində çalışırıq, bazar ertəsi testlər başa çatacaq və biz avadanlıqları Bəhreynə göndərməliyik, çünki 10 gündən sonra testlər başlamalıdır. Məhz buna görə də çərşənbə axşamaına qədər qərar qəbul olunmalıdır.

Əgər testlər təxirə salınsa, yarışın keçirilməsi ehtimalı da azalacaq, ona görə də ümumi qərar qəbul olunmalıdır. Başlıcası tamaşaçıların, mətbuatın və komandaların təhlükəsizliyidir, bu halda idman ikinci plana keçir. Bütün komandalar Bəhreyn yarışının keçirilməsini istəyirlər, amma indi orda siyasi vəziyyət çətinləşib, bu bizdən asılı deyil.

Bizim Formula1-də üç müşərimiz var. Əgər onlar Berni Ekklstounla, FİA ilə və Bəhreyn hökumtəi ilə qərara alsalar ki, Qran Pri keçirilməlidir – biz tərəddüd etmədən gedəcəyik.

Təhlükəsizlik həlledici məsələdir. Mən düşünmürəm ki, Berni, FİA və ya avtodrom rəhbərliyi vəziyyətin çətinləşməsini istəyirlər. Biz ya təhlükəsizliyə təminat verməliyik, ya da yox – üçüncü variant yoxdur və ola da bilməz.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 254
Teqlər
Paylaş

logo