Çin Qran Prisi: Üçüncü stüard – Emanuele Pirro

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Formula1-də qırx Qran […]

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Formula1-də qırx Qran Prinin iştirakçısı, Amerikanın Lə Man seriyasının ikiqat qalibi, əfsanəvi “Lə Manın 24 saatı” yarışının qalibi Emanuele Pirro Çin Qran Prisində üçüncü stüard vəzifəsini icra edəcək.

Keçən il Pirro FİA tərəfindən Malayziya yarışına stüard təyin olunmuşdu. Çində digər iki stüard FİA-nın Ümumdünya şurasının üzvü Harri Konelli və Venesuelanın İdman Komissiyasının prezidenti Vinçenso Spano olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*