Cənubi Koreya Qran Prisinin debütü təxirə salına bilər?

Cənubi Koreya Qran Prisi bu il oktyabrın 22-24-də debüt etməlidir, amma avtodromun tikintisi hələ də davam edir və təşkilatçıalr əmin […]

Cənubi Koreya Qran Prisi bu il oktyabrın 22-24-də debüt etməlidir, amma avtodromun tikintisi hələ də davam edir və təşkilatçıalr əmin deyillər ki, bütün işlər vaxtında görülüb qurataracaq.

Malayziya yarışından sonra Berni Ekklstoun Cənubi Koreyaya təftiş niyyəti ilə baş çəkib və Almaniyada dərc olunan Focus qəzetinin yazdığına görə, yarışın təxirə salınması qərarı yaxın vaxtlarda qəbul olunmalıdır. Arxitektor German Tilke də tərəddüd edir – koreyalıların layihəsində o məsləhətçi rolunu oynayıb.

Təşkilatçılar əmin ediblər ki, bədbin olmağa əsas yoxdur, amma əgər çempionatın rəhbərliyi mərhələnin debütünü gələn ilə keçirərsə, onda təqvim 18 Qran Pri təşkil edəcək – ehtiyat Qran Pri nəzərdə tutulmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*