Super Aguri-nin keçmiş sürücüsü Əntoni Dəvidson BBC telekanalı ilə müqavilə bağlayıb, amma britaniyalı sürücü sükan arxasında oturmayacaq, o BBC Radio 5 Live dalğasında yarışları canlə şərh edəcək…
Əntoni Dəvidson: “Formula1-də çıxış edərkən, mən BBC Radio 5 Live dalğasının qonağı olmuşdum, indi isə daimi əməkdaş kimi birillik müqavilə imzalamışam və bütün mövsümü BBC komandası ilə birlikdə keçirəcəm. Yeni işimdə mən dinləyicilərə sürücünün hisslərini çatdırmalıyam.”