20 Avqust 2019, Çərşənbə axşamı - 10:11

Monako-2016: Günün sürücüsü – Serxio Peres

Monako-2016: Günün sürücüsü – Serxio Peres

Müəllif: Elçin Zodorov, redaktor

16:37 - 30 May, 2016

Bu il çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər – mükafatın sahibi yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, bazar günü keçirilən Monako Qran Prisində 7-ci yerdən start alan və yekunda 3-cü yeri tutaraq komandasına bu mövsüm ilk podiumu qazandıran Serxio Peres “Günün sürücüsü” seçilib. O, bu uğuru əldə edən 5-ci sürücüdür.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında keçirilir. Bundan əvvəl AvstraliyaBəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen və nəhayət, İspaniyada yarışın qalibi Maks Ferstappen “Günün sürücüsü” seçilmişdilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 653
Teqlər , , ,
Paylaş

logo