Formula1 2030-cu ilə qədər Niderlanda qayıtmayacaq

Avqustda Zandfort trasında sonuncu dəfə Niderland Qran Prisi keçiriləcək; bundan sonra Formula1 bu Avropa ölkəsini qeyri-müəyyən müddətə tərk edəcək.

Zandfort dünya çempionatının mərhələlərini qəbul etmək hüququndan yüksək xərclərə görə imtina edib, digər ölkə avtodromu – Assendəki TT Circuit isə Formula1 mərhələlərini qəbul etmək hüququ verən ən yüksək kateqoriyanı əldə etmək üçün milyonlarla avro yatırmağa hazır deyil.

“Bizə açıq‑aydın bildirildi ki, Assendə Formula1 yarışı keçirmək şansı 2030‑cu ilə qədər sıfırdır, bu tarixdən sonra isə çox azdır, – deyə TT Circuitin direktoru Mark Van Aalderen bildirib. – Biz yarışı qəbul etmək istərdik, amma dürüst olaq: trekin modernləşdirilməsinə sərf olunacaq milyonları biz heç vaxt geri qaytara bilməyəcəyik.

Biz bu milyonları trekimizi MotoGP üçün yararlı vəziyyətdə saxlamağa yatırmağı üstün tutardıq, çünki yaxın illərdə bunun üçün də böyük xərclər tələb olunacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*