Niderland Qran Prisi 2021-ci ilə təxirə salınır?

Niderland Qran Prisinin idman direktoru Yan Lammers bildirib ki, Zandfortdakı yarış növbəti mövsümə təxirə salına bilər.

F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə Niderland, İspaniya və Monako yarışları təxirə salınıb. Zandfortakı yarışın taleyi müəmmalıdır.

Yan Lammers: “Səhiyyə nazirimiz Bruno Bruinsin istefa verdiyi vaxtda idman barədə danışmamalıyıq. Son həftələrdə koronavirus böhranı ilə mübarizə aparmaq üçün çox işlədi və buna görə də Zandfort yarışı hazırda elə də vacib deyil. Ancaq yarış mayın 3-də olsaydı, daha çox problem yaşaya bilərdik. Heç yaxşı olmazdı. Düzdür, fanatlara görə məyusuq. Amma onlar da bizimlə eyni dünyada yaşayırlar. Hazırda nəzarət edə bilmədiyimiz bir virus var və hər şeyə təsir edir. Hazırda yarış barədə danışmaq istəmirik. Çünki bir gecədə bağlanan və iflas edən şirkətlər var.

İndi yarışın nə zaman keçiriləcəyini düşünməliyik. İyul ayında ölkənin və dünyanın virusdan təmizlənməsi gözəl olar. Ancaq bu nə qədər realdır? Buna görə də bütün senarilərə hazır olmalıyıq. Yarışı bir il təxirə sala bilərik. Hər şey mümkündür. Əsas məsələ, hamının sağlam olmasıdır. Hazır olduğumuz zaman işə başlamalıyıq. Hazırda vəziyyət belə deyil. Berqamoda 30 dəqiqəyə bir adam ölür.

Elə bil gedib bilet alırsınız və Qran Prinin nə vaxt olacağını bilmirsiniz. Amma hazırkı vəziyyətə baxanda bu, ciddi məsələ deyil. Bu gün sağlam olan insanlar növbəti həftə ölüm döşəyində ola bilər. Ətrafınızda koronavirusdan əziyyət çəkən yoxdursa, xoşbəxt adamsınız.

Yarışı növbəti il keçirtmək ehtimalını qəbul etmişik. Virusun olmadığı ölkələr var. Bəs biz qrafikada haradayıq? Çində virus nəzarət altına alınıb. Bəs biz hansı mərhələdəyik? Hazırda hamımız virusdan asılıyıq”.

Zantfort trasının direktoru Robert van Overdiyk də bildirib ki, 2021-ci ilə fokuslanıblar: “Əlbəttə builki yarışı düşünürük. Ancaq gələnilki tarixlərə də baxırıq. Heç kim gələcəyi görmür. Heç kim bu virusa nəzarət edə bilmir. Buna görə də heç nə təmin olunmayıb”z

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*