Zandfortda qalib və mükafatçılar üçün kuboklar təqdim olunub

Niderland Qran Prisinin təşkilatçıları bazar günü keçiriləcək yarışın yekununda qalib və mükafatçılara təqdim olunacaq kubokları nümayiş etdiriblər.

Bu həftəsonu Zandfortda keçiriləcək mərhələ yaxın perspektivdə sonuncu olacaq. Niderlandda Formula1-lə müqaviləni uzatmamaq qərarına gəliblər və böyük ehtimalla bazar günü keçiriləcək yarış Maks Ferstappen üçün son ev yarışı olacaq. Niderlandlı sürücü Red Bull Racing-lə müqaviləsini 2030-cu ilə qədər uzatsa da, həmin müddət ərzində mərhələnin Niderlanda qayıtması ehtimalı çox azdır.

Maks Zandfortda dördüncü qələbəsini qazanmağa və ya ən azı, təqdim olunan kuboklardan birini əldə etmək üçün podiuma yüksəlməyə çalışacaq.