S.Fettel oval hissədə ötmələr istəyir

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Zandfortun oval quruluşunda ötmələr etmək istəyir.

 

F-1.az xatırladır ki, Zandfort trası 26 illik fasilədən sonra çempionata qayıdacaq. Yenidən yarış keçirilməsi üçün trasda çoxlu dəyişikliklər edilib. Lakin tras çox dar olduğu üçün ötmə etmək çətindir. Buna görə də son döngədən əvvəl oval döngə əlavə edilib. Bunun hesabına ötmələrin artması hədəflənir.

Sebastyan Fettel: “Hamı kimi biz də simulyator köməyi ilə Hollandiya yarışına hazırlanmışıq. Buna görə də trasa çıxıb həzz almağa çalışacağıq. Son döngədə yeni ovalvari hissə var. Sürücülər üçün həyəcanlı olacaq və tras dar olduğu üçün ümid edirəm ki, ötmələrin artmasına kömək edəcək.

Zandfortun Formula1-də inanılmaz tarixi var və azarkeşlər çox dəlisovdurlar. Buna görə də onları yenidən təqvimdə görmək əla oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*