Spa və Zandfort şayiələri təkzib edir

Biz artıq Avropa mətbuatında yayılan Spa və Zandfortun növbəli yarış keçirə biləcəyi barədə məlumatı diqqətinizə çatdırmışıq.

F-1.az bildirir ki, hər iki mərhələlərin təşkilatçıları bu cür xəbərlərə tez reaksiya verib, onların reallıqla heç bir əlaqəsinin olmadığını bildiriblər.

Vanessa Maes, Belçika Qran Prisinin promouteri: “Bu, sırf fərziyyədir və mən yalnız belə hesabatların niyə ortaya çıxdığını təxmin edə bilərəm. Bəlkə də bunun Cənubi Afrika ilə bağlı xəbərlərlə əlaqəsi var. Yalnız FOM təqvim məlumatlarını bildirir. Biz əvvəlki kimi çoxillik müqavilə imzalamağa üstünlük verərdik, lakin bizə təklif olunan şərtlərdən həmişə razı qalacağıq.

Keçən il biz Qran Prini bütün müasir standartlara uyğun təşkil edə biləcəyimizi sübut etdik və mükafat olaraq təkcə təşəkkür sözləri deyil, həm də bu il üçün müqavilə də aldıq. Biz FOM-un müqavilənin uzadılması ilə bağlı qərar verməsini gözləməyə davam edirik”.

Niderland Qran Prisinin idman direktoru Yan Lammers əlavə edib ki, Zandfort yarışı bundan sonra da hər il keçiriləcək: “Frankorşampsdan olan həmkarlarımız kimi biz də son söz-söhbətlərə təəccübləndik. Sözün əsl mənasında heç nədən yaranıblar. Hələ 2023, 2024 və 2025-ci illər üçün müqaviləmiz var. Zandfortda hələ çox yarışlarımız olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*