C.Battonun rəfiqəsi insidentə səbəb olmayıb

Britaniyanın News Of The World qəzeti Brawn GP komandasının sürücüsü Censon Batton və komandanın sponsoru olan Virgin Group-un başçısı Riçard […]

Britaniyanın News Of The World qəzeti Brawn GP komandasının sürücüsü Censon Batton və komandanın sponsoru olan Virgin Group-un başçısı Riçard Brənson arasında az qala insidentin baş verməsindən yazıb. Melburnda komandanın qızıl dublundan sonra təşkil olunmuş ziyafətdə Brənson Battonun 24 yaşlı rəfiqəsi Cessika Miçibata ilə eşqbazlıq etmək istəyib…

Hadisəni baş verənlərin şahidlərindən biri şərh edib: “Riçard çox içmişdi, sərxoş idi və Cessikaya həddən ziyadə diqqət ayırırdı, bu isə Battonun kəskin reaksiyasına səbəb oldu. Gərgin vəziyyət yaranmışdı, amma səhəri günü insident artıq unudulmuşdu.”

Müzakirə bağlıdır.