C.Batton: “Mən təkərləri çox qorudum”

Son dünya çempionu, bu ildən McLaren komandasının sürücüsü olan Censon Batton yarışdan sonra bildirib ki, ilk pit-stopdan sonra Mixael Şumaheri […]

Son dünya çempionu, bu ildən McLaren komandasının sürücüsü olan Censon Batton yarışdan sonra bildirib ki, ilk pit-stopdan sonra Mixael Şumaheri keçə bilərdi, amma təkərləri həddən çox qoruduğu üçün bunu edə bilməyib…

Censon Batton: “Məni pit-stopa çox tez çağırdılar, mən yumşaq təkərləri qorumuşdum və hələ beş dövrə də hücum edə bilərdim. Pit-stopa üç dövrə qalmış mən hücum etməyə başladım və Markla Mixaelə çatdım. Amma Mixael pitə məndən bir dövrə tez getdi, mən pitdən çıxanda təkcə Markı qabaqlaya bildim, Mixael isə artıq uzaqlaşmışdı. Amma ümumilkdə komanda pitdə əla işlədi – həm mən, həm də Lyuis pit hesabına bir maşını qabaqlaya bildik.

Mən yarışın əvvəlində təkərə ehtiyatla baxırdım, hər iki təkər tərkibi yaxşı idi, hətta mən gözlədiyimdən də yaxşı. Sazlanmalar da qaydasında idi, sadəcə bir az sürmə stilimdə müəyyən dəyişikliklər etməliyəm. Amma mövsüm heç də pis başlamayıb, mən razıyam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*