15 İyul 2019, Bazar ertəsi - 22:12

F.Massa: “Qəza məni dəyişməyib”

F.Massa: “Qəza məni dəyişməyib”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:14 - 18 Oktyabr, 2009

İnterlaqosda Felipe Massa uik-endin gedişini kənardan izləyir, braziliyalı sürücü Hunqarorinqdəki qəzadan sonra birinci dəfə paddoka qayıdıb və səhhəti barə jurnalistlərlə […]

İnterlaqosda Felipe Massa uik-endin gedişini kənardan izləyir, braziliyalı sürücü Hunqarorinqdəki qəzadan sonra birinci dəfə paddoka qayıdıb və səhhəti barə jurnalistlərlə nikbinlikə danışıb…

Felipe Massa: “Mən özümü əla hiss edirəm, əlbəttə, sükan arxasına oturmaq əla olardı, amma mən bərpa prosesindən razıyam, hər şey qaydasındadır və mən əvvəlki formaya qayıtmışam. İkinci cərrahiyə əməliyyatdan sonrakı üç həftə mən aktiv məşq edirdim və indi deyə bilərəm ki, qəzaya qədər olduğum fiziki formaya çatmışam. Mən Fyoranoda F2007-nin sükanı arxasında 100 km məsafə qət etdim, hücum etdim, məsafədə yaxşı və stabil nəticə göstərdim. Mən həqiqətən xoşbəxtəm!

Mən əvvəllər elədiyim hər bir şeyi edə bilərəm, yeganə problem – sükan arxasına oturmazdan əvvəl 100% bərpa olmaq lazımdır ki, təkrar qəza zamanı daha ağır zədə almayıb, axə bizim idman risklə bağlıdır. Məhz buna görə mən səbirlə növbəti mövsümü gözləyirəm. Kənardan mübarizəyə baxmaq asan deyil, xüsusən də burda, Braziliyada.

Bazar günü mən yarışın finişini damalı bayraqla bildirəcəm. Bu da asan deyil – bu uik-end Ferrari qələbəyə namizəd deyil, amma mən ümid edirəm ki, yarışda Rubens qələbə qazanacaq və mən bu qələbəni qeydə alacam. Bu həm onun üçün yaxşı olardı, həm də bütün Braziliya üçün, hərçənd, etiraf etməliyəm ki, Censonun titula şansları daha böyükdür. O çempion olması üçün bir neçə xal qazansa kifayət edər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 313
Teqlər
Paylaş

logo