14 Oktyabr 2019, Bazar ertəsi - 03:18

C.Batton: “McLaren-in problemi sıralanma turunda sürətdir”

C.Batton: “McLaren-in problemi sıralanma turunda sürətdir”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:54 - 21 Mart, 2010

Dünya çempionu Censon Battonun sözlərinə görə, Bəhreyn Qran Prisində komanda yoldaşı Lyuis Həmiltona uduzsa da, o, əvvəlki kimi öz gücünə […]

Dünya çempionu Censon Battonun sözlərinə görə, Bəhreyn Qran Prisində komanda yoldaşı Lyuis Həmiltona uduzsa da, o, əvvəlki kimi öz gücünə əmindir. Lyuis sıralanma turunda dördüncü olmuşdu və Censonu 4 mövqe qabaqlamışdı, yarışda isə Lyuis 3-cü olub və yenə də komanda yoldaşını 4 mövqe qabaqlayıb, finişdə McLaren sürücülərini 20 saniyə ayırıb. Batton etiraf edir ki, o maşınla işini davam etdirməlidir ki, onun sürmə stilinə uyğun olan şassinin optimal balansını tapa bilsin…

Censon Batton: “Mən razı deyiləm ki, mən Lyuisə tam uduzmuşam, əsla yox. Lyuis istisna sürücüdür, Formula1-də belə sürücülər çoxdur. Amma mənim üçün komanda yenidir, komanda yoldaşım isə bu komandada böyüyüb, əlbəttə, onun kollektivlə iş təcrübəsi məndən çoxdur.

Mən inanmıram ki, o sıralanma turunda məni komandanın iş stilini bilməsinə görə qabaqlayıb. İndi bütün top-komandalarda hər iki sürücü bərabərdir və bu çox yaxşıdır.

Mən yalnız maşının sazlanmalarını tapmalıyam, xüsusən də mənim sürmə stilimə cavab verən sazlanmaları. Mən artıq mühəndislərlə bu istiqamətdə işləməyə başlamışam: onlar məni diqqətlə dinləyirlər, müxtəlif təkliflər verirlər və bu faydalı olacaq.

Sıralanma turundan əvvəl mən bilmirdim ki, Lyuis 4-cü, mən isə 8-ci olacam. Mən güman edirim ki, fərq böyük olmayacaq. Amma Lyuis işinin öhdəsindən əla gəldi və sürətli oldu. Maşınla işləyərkən, mən hər şeydən əvvəl, sıralanma turunda sürəti qaldırmaq istərdim.

Amma bizim yarış tempimiz məni sevindirdi. Sıralanma turundan sonra komanda məyus olmuşdu, söhbət heç qazandığımız yerlərdən getmir, məsələ ilk cərgədən geriqalmada idi. Amma yarış göstərdi ki, bizim maşın şənbə günü düşündüyümüzdən yaxşıdır. Biz bilirik ki, maşının problemi bir sürətli dövrədədir. Çox güman ki, müxtəlif traslarda vəziyyət başqa cür olacaq.

Amma ümumən mən uik-enddən razı qaldım. Əlbəttə, daha çox xal qazanmaq istərdim, amma əminəm ki, Avstraliyada biz irəliyə doğru böyük addım atacayıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər
Paylaş

logo