V.Bottas: Yarış tempinə fokuslandıq

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, ikinci sessiyada sınadıqları sazlanmalara görə geridə qalıblar.

F-1.az xatırladır ki, finlandiyalı sürücü birinci sərbəst yürüşlərdə birinci olsa da, ikinci sərbəst yürüşlərdə 5-ci olub. Xatırladaq ki, Valtteri yeni daxiliyanma mühərriyinə keçdiyi üçün yarışın startında 5 yer itirməli olacaq.

Valtteri Bottas: “Heyif ki, yenə də cəza aldım, amma daha kiçik bir cəza. Beş yer itirəcəm. Buna baxmayaraq yaxşı yarış keçirə bilərəm. Yarış tempinə fokuslanmalıyam. İkinci sərbəst yürüşlərdə buna fokuslandıq.

Sazlanma cəhətdən çox iş görməliyik. Sürmək heç asan deyildi. Bəzi yerlərdə trasda asfaltla ilişmə azaldı. Balans da qeyri-stabil idi. Hava temeperaturu əvvəlki illərə görə yüksəkdir.

Poul qazana bilərəm. Bolidimiz yaxşıdır. Öndəki komandalar bir-birlərinə yaxındırlar. Sıralanma turu çətin keçəcək. Çox işləməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*