C.Batton: “Əsil mübarizə hələ indi başlayır”

Censon Batton dünya çempionatındakı liderliyini saxlamağa ümid edir, britaniyalı sürücü İspaniya yarışı üçün modernizə olunmuş yeni şassi alacaq… Censon Batton: […]

Censon Batton dünya çempionatındakı liderliyini saxlamağa ümid edir, britaniyalı sürücü İspaniya yarışı üçün modernizə olunmuş yeni şassi alacaq…

Censon Batton: “Nə qədər ki komanda səfər yarışlarında çıxış edirdi, Brəklidə bazada BGP001-in təkmilləşdirilməsi üzərində gərgin iş gedirdi. Qarçıdakı uik-end Barselonada biz bunun nəticələrini görəcəyik.”

Amma Batton etiraf edib ki, mövsümün Avropa fazasında çempionatda rəqabət daha da kəskinləşəcək və ldierliyi qorumaq çox çətin olacaq, çünki İspaniyaya digər komandalar da təkmilləşdirilmiş şassilərini gətirəcəklər…

Censon Batton: “Bütün yeniliklərlə tanış olmaq üçün mən keçən həftə Brəkliyə getmişdim, burda biz ilk uğurlarımızı qeyd etdik. Hamı başa düşür ki, əsil mübarizə hələ indi başlayır və liderliyi qorumaq çətin olacaq. Amma mən əminəm ki, biz sınaqlara yaxşı hazırlaşmışıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*