Lotus-un mühəndisləri maraqlı yenilik hazırlayıblar

Britaniyalı ekspert və şərhçi Ceyms Allen Lotus komandasının 2012-ci ilin maşını üçün hazırladığı maraqlı yenilikdən danışıb… Ceyms Allen: “2010-cu ilin […]

Britaniyalı ekspert və şərhçi Ceyms Allen Lotus komandasının 2012-ci ilin maşını üçün hazırladığı maraqlı yenilikdən danışıb…

Ceyms Allen: “2010-cu ilin texniki yeniliyi aerodinamik hava kanalı idi, keçən il isə mühəndislər sorucu diffuzorların müxtəlif konfiqurasiyaları ilə hamını təəccübləndirmişdilər. 2012-ci ildə isə komandaların hamısı Lotus komandasının mühəndislərinin kəşf etdikləri əylənmə zamanı işə düşəcək stabilləşmə sistemini tətbiq edəcəklər.

Veteran jurnalist Corcio Piola mənə xəbər verib ki, Lotus komandası hələ 2005-2006-cı illərdə Renault komandasının çempionatda qələbə qazanmasına yardımçı olmuş “kütlə dempferi”nin prinsipini xatırladan yeni sistem işləyib hazırlayıb. Piolnanın bildirdiyinə görə, yenilik tam mexanikidir və onu sürücü aktivləşdirir: əylənmə zamanı maşının burnu yerə sıxılmalı olduğu halda sistem ön antiqanadın hündürlüyünü stabil saxlayır.

Red Bull, Ferrari və digər komandalar son iki ildə ön antiqanadlarla müxtəlif eksperimentlər keçiriblər, amma Lotus-un mühəndislərinin kəşf etdikləri sistem sadə və effektiv işləyir və maşının ön hissəsində stabil hündürlük təmin edir.

Mən digər komandaların mühəndisləri ilə söhbət etmişəm və əlbəttə, hamı Lotus-un yeni sistemi ilə maraqlanır. Məsələnin digər tərəfi də maraqlıdır: belə sistem nə dərəcədə leqaldır? İstisna deyil ki, artıq Melburnda bizi yeni texniki mübahisələr gözləyir. Ona görə də çox şey Çarli Uaytinqin mövqeyindən asılı olacaq. Əvvəllər Çarli bəzi yeniliklərə icazə versə də, bəzilərinə qadağalar da qoyub. Əgər Lotus-un yeniliyi doğrudan da maraqlıdırsa, onda onun nüsxələnməsi artıq başlayıb.

“Baxarıq, görərik”, – Formula1-ə Lotus-un tərkibində qayıdan Kimi Rəykkönen belə deyərdi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*