Caterham Ş.Piklə müqavilə imzalayıb

Gələn il Şarl Pik Caterham komandasında çıxış edəcək – bu gün uzunmüddətli müqavilə rəsmən təsdiq olunub, amma komandanın ikinci sürücüsünün […]

Gələn il Şarl Pik Caterham komandasında çıxış edəcək – bu gün uzunmüddətli müqavilə rəsmən təsdiq olunub, amma komandanın ikinci sürücüsünün adı hələ açıqlanmayıb.

Siril Abitebul, komandanın başçısı: “Biz bir qədər həyəcanlıyıq, Şarl bizim komandaya qoşulur və Formula1-də ikinci mövsümünü Caterham-in heyətində keçirəcək. Biz gənc sürücü ilə məhsuldar işə ümid edirik – Şarl bu il öz sürt və potensialını təsdiq edib və biz əminik ki, qarşımıza qoyduğumuz məqsədə çatmağa o bizə kömək edəcək.

2012-ci il mövsümünün gedişində biz Şarlın uğurlarını izləyirdik, sıralanma turlarında bir neçə dəfə sürücülərimizlə gərgin mübarizə aparıb. Mövsümün gedişində inamlı inkişaf göstərib, daha təcrübəli komanda yoldaşına layiqli müqavimət göstərə bilib, biz onun gələcək inkişafına şərait yaratmağa çalışacayıq.”

Şarl Pik: “Mən fəxr edirəm ki, Caterham komandasına keçidimi təsdiq edə bilərəm və uzunmüddətli əməkdaşlığımızın başlanmasınını səbirsizliklə gözləyirəm. Mən şadam ki, Fransanın bir neçə böyük şirkəti ilə – Renault, Total, EADS – tərəfdaşlıq edən bir komandada inkişaf etmək imkanı əldə etmişəm. Tam aydındır ki, bu komandanın ciddi ambisiyaları var: zəruri sərmayə yatırılıb, komandanın səhmdarları isə komandadan inkişaf gözləyirlər.

Mən Marussia komandasının rəhbərliyinə də təşəkkür edirəm ki, mənim Formula1-də debütümü təşkil etdilər. Əminəm ki, bizim komandaların mübarizəsi gələn il də davam edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*